Modern.az

Tağı Əhmədov Ziya Məmmədovla Cahangir Əsgərovu geridə qoydu

Tağı Əhmədov Ziya Məmmədovla Cahangir Əsgərovu geridə qoydu

Təhsil

15 Fevral 2014, 17:10

Bakı şəhərinin sərnişindaşıma ilə məşğul olan nəqliyyat sektorunda xidmətin keyfiyyətindən razı qalanlar da var, narazılar da.  
Modern.az saytı gündəmin əsas müzakirə mövzularından olan nəqliyyatın işi ilə bağlı sorğu keçirib. Saytın əsas səhifəsində “Hansı nəqliyyat növünün işindən razısınız” adlı sorğu fevralın ilk 15 gününü əhatə edib. 15 gün ərzində sorğuya Modern.az-ı oxuyan 7300 nəfər qatılıb.

Sorğuda nəqliyyat növü kimi avtobus, metro, taksi, dəmiryol qatarı, təyyarə və gəminin işinə qiymət verilib.

Sorğu iştirakçılarının cəmi 13 faizi nəqliyyat növü kimi avtobusun işindən razıdır. 13 faiz taksinin, 4 faiz dəmiryol qatarıının, 8 faiz gəminin işinə müsbət qiymət verib.

19 faiz respondent nəqliyyat növü kimi təyyarənin işindən razılıq edib.

Sorğuda ən yüksək səsi metro alıb - 43 faiz repondent metronun işinə müsbət qiymət verib.

Beləliklə ümumi nəticə belə deməyə əsas verir ki, hazırda Bakıda metro sərnişinlərin ən çox güvəndiyi nəqliyyat növüdür.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU