Modern.az

Ələtdə maşın işıq dirəyinə çırpıldı - Sürücü öldü

Ələtdə maşın işıq dirəyinə çırpıldı - Sürücü öldü

Hadisə

4 İyun 2025, 09:58

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.

Elnur Yüzbaşov idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə qəsəbə ərazisində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə maşın daş hasara və elektrik dirəyinə çırpılıb.

Sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi