Modern.az

17 fevralın hava PROQNOZU - Soyuq, çiskin…

17 fevralın hava PROQNOZU - Soyuq, çiskin…

Təhsil

16 Fevral 2014, 15:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək,
nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında - havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9° şaxta, gündüz 8-13° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında - havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında - havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında - havanın bəzi yerlərdə yağıntılı olacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında - havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 2-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı ehtimalı var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU