Modern.az

Rəsul Çunayev üçüncü dəfə məzun oldu

Rəsul Çunayev üçüncü dəfə məzun oldu

5 İyun 2025, 11:51

Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi, olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi olmuş Rəsul Çunayev üçüncü dəfə ali təhsil alıb.

Modern.az xəbər verir ki, sabiq güləşçi bu barədə şəxsi sosial şəbəkə hesabından paylaşım edib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bələdiyyə idarəetməsi üzrə ixtisasını uğurla başa vurub.

Qeyd edək ki, Rəsul Çunayev daha öncə Azərbaycan İdman Akademiyasını bitirib və Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI