Modern.az

Azərbaycan millisi məğlub oldu 

Azərbaycan millisi məğlub oldu 

4 İyun 2025, 22:50

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

 

Modern.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.

 

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

 

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI