Modern.az

Şirvanda sənədsiz silahlar polisə təhvil verildi

Şirvanda sənədsiz silahlar polisə təhvil verildi

Aktual

5 İyun 2025, 08:45

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

 

Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU