Modern.az

BMU tələbəsi müsabiqədə I yeri tutdu - FOTO

BMU tələbəsi müsabiqədə I yeri tutdu - FOTO

Aktual

5 İyun 2025, 13:10

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin III kurs tələbəsi Zülayə Mahmudova “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” mövzusunda keçirilən yazı müsabiqəsində I yerə layiq görülüb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən təşkil olunan müsabiqədə BMU tələbəsi “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri” kateqoriyası üzrə çıxış edib. Onun təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin qalibi olub.

BMU tələbəsinə müvafiq sertifikat və hədiyyə təqdim edilib.

Qeyd edək ki, müsabiqəyə ümumilkdə 60-dan çox müraciət daxil olub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI