Modern.az

Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı

Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı

Aktual

6 İyun 2025, 14:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar paylaşım edib.

Modern.az xəbər verir ki, o, bir müddət öncə İstanbulda keçirilmiş Rusiya-Ukrayna görüşünə də toxunub.

R.T.Ərdoğan iyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna görüşünü tarixi addım kimi dəyərləndirib:

"Türkiyə olaraq istər Fələstindəki soyqırımının dayandırılması, istərsə də Rusiya ilə Ukrayna arasındakı müharibənin ədalətli sülhlə nəticələnməsi üçün əlimizdən gələni edirik. 2 iyunda İstanbulda keçirilən görüş şimalımızdakı qanlı müharibənin sonlandırılması yönündə tarixi bir addım olub".

Ərdoğan mesajında Suriya məsələsinə də toxunub:

"Qonşumuz Suriyada yeni hakimiyyətin ölkənin milli və ərazi bütövlüyü, davamlı inkişafı üçün verdiyi mücadiləni  təqdirlə qarşılayırıq. Suriya bölgədəki bütün qardaş ölkələrin də dəstəkləri ilə davamlı hüzura qovuşacaq, köhnə ehtişamlı günlərinə yenidən dönəcək". 

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK