Modern.az

Deputat: “Qaradağlı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir”

Deputat: “Qaradağlı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir”

Təhsil

17 Fevral 2014, 12:04

“Qaradağlı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir”. Modern.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Gürcüstanda keçirilən Ermənistanın Qaradağlıda törətdiyi soyqırımla bağlı tədbirdə deyib.

“Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox  çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir. Azərbaycan tarixini XX əsrdən sonra öyrənmək lazım deyil, tarixi daha dərinliyə baş vurub oxumaq lazımdır. Müxtəlif illərdə Amerika, alman, rus, gürcü yazıçı və alimlərin qələmə aldığı erməni yalanlarına qarşı faktlar olan mənbələr haqqında məlumatlı olmaq lazımdır” deyə millət vəkili qeyd edib.

Millət vəkili həmin faktları özündə əks etdirən kitabları AMM-in kitabxanasına hədiyyə edib

Daha sonra AMM-nin rəhbəri Fazil Həsənov “Xocalıya Ədalət!” kampaniyasına həsr olunan tədbirdə hər il millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Pşayevanın rəhbərliyi ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə xüsusən ali təhsil ocaqlarında  təhsil alan gənclərin çoxluq təşkil etdiyini bildirib. F. Həsənov bildirib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir. 

Tədbirdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov da iştirak edib.

Sonda tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin hazırladığı “Qaradağlı soyqırımı” filmi nümayiş etdirilib. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabı tədbir iştirakçılarına təqdim olunub.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə “Xocalıya Ədalət!”  kampaniyasına start verilib və fevral ayı Gürcüstanda  Xocalı ayı kimi elan olunub. 

Qeyd edək ki, Gürcüstanda Xocalı ayı çərçivəsində AMM-Gənclər şöbəsi tərəfindən Gürcüstanın bir sıra mərkəzi şəhər və regionlarında Xocalı soyqırımına həsr olunan silsilə tədbir və aksiyalar  keçiriləcəkdir.


 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU