Modern.az

Neftimizin qiyməti 70 dolları ötdü - Son iki ayda İLK DƏFƏ

Neftimizin qiyməti 70 dolları ötdü - Son iki ayda İLK DƏFƏ

İqtisadiyyat

7 İyun 2025, 12:04

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb.

Modern.az-ın məlumatına görə, bazarlarda neftimizin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1,3 % artaraq 70,16 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,24 ABŞ dolları təşkil edib.

"Azeri Light"in qiyməti sonuncu dəfə bu ilin aprel ayının 4-də 70 dollardan yuxarı olub və 73,49 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu