Modern.az

Azərbaycanlı deputatdan erməni həmkarlarına təklif: “Gəlin Bakını gözünüzlə görün”

Azərbaycanlı deputatdan erməni həmkarlarına təklif: “Gəlin Bakını gözünüzlə görün”

Təhsil

17 Fevral 2014, 12:57

Bu il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yay sessiyası Azərbaycanda keçiriləcək.  Bunu Modern.az-a millət vəkili Eldar İbrahimov deyib. Yenicə ATƏT-in sessiyasından qayıdan deputat bildirib ki, ATƏT-in sessiyası 28 iyun-2 iyul aralığında baş tutacaq.

E. İbrahimovun sözlərinə görə, ATƏT-in artıq başa çatmış toplantısında o, Sərsəng su anbarının vəziyyəti ilə bağlı çıxış edib. “Anbarın köhnəlməsi ciddi təhlükə mənbəyidir. Sərsəng su anbarı 1976-cı ildə tikilib, 1996-cı ildən işğal altındadır. Uzun müddətdir ki, baxımsız vəziyyətdədir, təmir aparılmır. Bir sözlə, gələcəkdə onun bir balaca zədələnməsi və partlaması Azərbaycan kəndlərində yarım milyona qədər insan su altında qala bilər. Bununla bağlı mən sessiyada həyəcan təbili çaldım. Amma erməni tərəfi bu barədə məlumatsız olduğundan heç bir cavab verə bilmədi”.

E. İbrahimov onu da bildirib ki, yay ayında ATƏT toplantısının Azərbaycanda keçirilməsi Ermənistanda narahatlıq doğurub. “Onlara bildirdik ki, Bakıya arxayın şəkildə gələ bilərsiniz. Gəlin inkişafımızı görsün”.  

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU