Modern.az

31 yaşlı kişini ilan sancdı

31 yaşlı kişini ilan sancdı

7 İyun 2025, 16:52

Şəki sakinini təsərrüfatda işləyən zaman ilan sancıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Baltalı kəndi ərazisindəki təsərrüfatlardan birində qeydə alınıb.

Ayağından ilan sancması diaqnozu ilə 31 yaşlı kənd sakini Sadiq İsmayılzadə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və dərhal zərdab vurulub.

Həkimlər S.İsmayılzadənin həyatı təhlükəsinin olmadığını, müalicəsinin xəstəxanada davam etdirildiyini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?