“Tehranda sabah İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası öz işinə başlayacaq. Tədbirdə 25 dövlətin spikerinin çıxışı gözlənilir. Milli Məclisin sədri Oqtay Əsədovun da çıxışı olacaq”.
Bunu Modern.az saytına İranda səfərdə olan deputat Cavanşir Paşazadə deyib. O bildirib ki, sessiya çərçivəsində Xocalı soyqırımı məsələsi də müzakirəyə çıxarılıb. C. Paşazadənin sözlərinə görə müzakirələr zamanı üzv İƏT-yə üzv dövlətlər Xocalı qırğını ilə bağlı öz fikirlərini səsləndiriblər.
“Onların hər biri Azərbaycanın haqq səsinə dəstək verdilər”.
Qeyd edək ki, fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib.
Aqşin Kərimov