İyunun 7-də Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək bütün ermənilərin katolikosu II Qareginlə şəxsi söhbət edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, çıxışı zamanı eks-prezident katalikosa tam dəstəyini ifadə edib.
Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.
Xatırladaq ki, son günlər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi qarşıdurma yaşanır.