Modern.az

Elman Mehdiyev bir neçə rayonun pensiyaçıları ilə görüşəcək

Elman Mehdiyev bir neçə rayonun pensiyaçıları ilə görüşəcək

Təhsil

17 Fevral 2014, 13:44


DSMF sədrinin qəbuluna gəlmək istəyən vətəndaşların nəqliyyat problemi olmayacaq. Bu haqda Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ölkə Prezidentinin tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşları qəbul edərək, onların müraciətlərinə operativ şəkildə baxması artıq mütəmadi hal alıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 19 fevral 2014-cü iltarixdə, saat 11:00-da  DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir. Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-ninSumqayıt şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] electron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;

Sumqayıt şəhər şöbəsində (018) 652-15-15;

Qubadlı rayon şöbəsində (018) 654-41-37;(018) 654-41-08;

Qobustan rayon şöbəsində (020) 245-22-30;

Xızı rayon şöbəsində (023) 315-01-64.

 

  Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU