Modern.az

Üçqat olimpiya çempionundan yeni dünya rekordu

Üçqat olimpiya çempionundan yeni dünya rekordu

İdman

8 İyun 2025, 15:35

Kanadalı üçqat olimpiya çempionu Sammer Makintoş 400 metrə sərbəst üsulla üzmək üzrə yeni dünya rekordu müəyyənləşdirib.

 

Modern.az xəbər verir ki, 18 yaşlı idmançı Kanadada keçirilən yarışda məsafəni 3 dəqiqə 54,18 saniyəyə qət edib.

 

Bundan əvvəlki dünya rekordu (3 dəqiqə 55,38 saniyə) avstraliyalı dördqat olimpiya çempionu Ariarna Titmusa məxsus idi.

 

Makintoş daha bir dünya rekorduna sahibdir. O, 16 yaşında 400 metr məsafəyə kompleks üsulla üzmək (4 dəqiqə 24,38 saniyə) üzrə fərqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi