Modern.az

ABŞ Ukraynaya söz verdiyi raketləri Yaxın Şərqə göndərir - Zelenski

ABŞ Ukraynaya söz verdiyi raketləri Yaxın Şərqə göndərir - Zelenski

Dünya

8 İyun 2025, 18:31

Biz Bayden administrasiyası ilə “Şahed”lərlə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarükü barədə razılığa gəldik, lakin indi ABŞ həmin raketləri Yaxın Şərqə göndərmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Pezidenti Volodimir Zelenski "ABC News"a müsahibəsində bildirib.

 

Volodimir Zelenski deyib ki, Ukrayna “Şahed” tipli hücum pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün 20 min raket alacağını gözləyirdi.

 

Onun sözlərinə görə, bu raketlərin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar Co Baydenin prezidentliyi dövründə verilib, lakin indi Donald Trampın prezidentliyi dövründə bu raketlər Yaxın Şərqə göndərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi