Modern.az

ATƏT-in Bakı ofisinin yeni rəhbəri gələn ay fəaliyyətə başlayacaq

ATƏT-in Bakı ofisinin yeni rəhbəri gələn ay fəaliyyətə başlayacaq

Təhsil

17 Fevral 2014, 13:51

Aleksis Şaxtaxtinski ATƏT-in Bakı Ofisinin Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov Modern.az-a deyib ki, Koral Tarqayın Azərbaycanda fəaliyyəti başa çatıb: “Qaydalara uyğun olaraq, o, işini dayandırıb və ötən ilin dekabrında ölkəni tərk edib. Onun hazırda nə işlə məğul olduğu barədə məlumatımız yoxdur”.

R.Hüseynov yeni rəhbər Aleksis Şahtaxtinskinin martın 3-dən fəaliyyətə başlayacağını bildirib.

Son təyinatından əvvəl Aleksis Şaxtaxtinski Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırma Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa Məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropa təhlükəsizliyi üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat Moskvada NATO informasiya ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. Şaxtaxtinski ATƏT-in Bakı Ofisi rəhbərinin müavini də olub.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü iyulun 26-dakı qərarına əsasən, 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU