Modern.az

Goranboyda "Hyundai" aşdı - Xəsarət alanlar var

Goranboyda "Hyundai" aşdı - Xəsarət alanlar var

9 İyun 2025, 12:25

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var.

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov və atası 1953-cü il təvəllüdlü Aslan Məmmədov  xəsarət alıblar. Yaralılar təcili yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?