Modern.az

“BakuBus”un avtobusu “Ford”la toqquşdu, meyvələr yola dağıldı - Video

“BakuBus”un avtobusu “Ford”la toqquşdu, meyvələr yola dağıldı - Video

9 İyun 2025, 13:09

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla “Ford Transit” markalı yük avtomobili toqquşub. 

Qəza nəticəsində “Ford”da daşınan meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?