Milli Məclisin növbəti iclası fevralın 25-də keçiriləcək. Bu barədə Modern.az saytına açıqlamasında deputat Zahid Oruc məlumat verib. O qeyd edib ki, növbəti iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar Xəzər dənizində ətraf mühitin mühafizəsi, Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığı, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əlavə və dəyişiklərin edilməsi, dəniz limanları haqqında məsələlərdir.
“Milli Məclisin növbəti iclası Xocalı faciəsinin ildönümü ərəfəsindədir. Təbii ki, cari məsələlərin müzakirəsi zamanı hər kəs Xocalı soyqırımı barədə də danışacaq”.
Aytən ƏLİYEVA