Modern.az

Azərbaycanda heyvanlar insanlardan qorxur

Azərbaycanda heyvanlar insanlardan qorxur

Təhsil

17 Fevral 2014, 15:03


Dünyanın bir çox ölkələrində “Heyvanlar insanların dostrudur” şüarı ilə “kiçik qardaşlarımız”a mərhəmətli münasibət təbliğ olunur. Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev Modern.az-a açıqlamasında Azərbaycanda bu təbliğatın zəifliyindən şikayətlənib.

“Bizim ölkədə uşaq pişiyi təpikləyəndə valideyn başa salmır ki, o canlıdır, onunla bu cür rəftar olmaz”.

A. Qarayevin sözlərinə görə, Azərbaycanda onlarla insan sosial şəbəkələrdə məhz heyvanlara qarşı sevgi aşılayır. Vətənə olan sevgi məhəllədən başlayır. Məhəllədə olan heyvanlara qarşı sevgini formalaşdırmaq lazımdır. Bu cür hallar insanların heyvanlar aləminə ümumiyyətlə, təbiətə münasibətdən irəli gələn bir məsələdir”.

Cəmiyyət sədri bildirir ki, ölkəmizdə müəyyən dırnaqarası mentalitet formalaşıb. “Məsələn, konkret olaraq itə qarşı düzgün münasibətin yoxdur və bunun İslam dini ilə əlaqələndirilməsi düzdün deyil. Beynəlxalq aləmdə də İslam bütün heyvanlara qarşı ən mərhəmətli dinlərdən biri sayılır. Təəssüf ki, Azərbaycanda bunun əks tərəfi görünür. Bunun nəticəsində gənc nəslin tərbiyəsi düzgün formalaşmır. Təbiətə qarşı biganlik, qəddarlıq hissi yaranır”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU