Doğumla ötən ilki statistika göstərir ki, Azərbaycanda oğlan uşaqları qızlardan daha çoxdur. “Cinslər arasında say tarazlığının pozulmasını bütün dünya bunu yaşayır”, – deyə Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli saydakı fərqi faciə saymamaq fikrini üstün tutub.
“Bunun ən pis nümunəsi Çindədir. Orada bir ailəyə bir uşaq nəzərdə tutulur, nikah yaşı isə qızlar üçün 23 yaş müəyyən edilir. Bu siyasət ümumən ölkə vətəndaşlarının sayının azalmasına yönəlib”.
H. Rəcəblinin sözlərinə görə, Azərbaycanda ildə 130 min nəfər təbii artım var. “Doğulan uşaqların 51%-i oğlan, 49%-i isə qızdır. 18 yaşına çatanda bu balans düzələcək. 70 yaşına qədər qadınların sayı 65%, kişilərinki 45% olur. Ona görə də Azərbaycanda cinsi tarazlığın pozulması təhlükəsi yoxdur.
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova isə bildirir ki, uşaqların cinsi nisbətinin pozulması ilə bağlı Komitəsi bu yaxınlarda çox böyük tədbir həyata keçirib. “Bu sahədə problemləri görürdük, odur ki, tövsiyələr hazırlanıb. Bu, selektiv abortların qarşısının alınmasına yönəlib. Lakin insanların bu prosesə yanaşması birmənalı deyil. Çünki ailə planlaşdırılması məsələsi var, yəni insanlar seçimlərində sərbəstdirlər”.
Gülşən Raufqızı