Modern.az

ATV kanalı Anar Nağılbaza qadağa qoydu

ATV kanalı Anar Nağılbaza qadağa qoydu

Təhsil

17 Fevral 2014, 17:36

ATV telekanalı tanınmış rep işaçısı Anar Nağılbaza qadağa qoyub. Modern.az-ın xəbərinə görə, bu barədə reperin özü məlumat verib.

“İnanmağım gəlmir. Çünki özəl televiziyalar öz funksiyalarını itirib və sosial sahə ilə siyasəti səhv salıb məni müxalifətə yazmağa tələsiblər. Hörmətli jurnalistimiz İradə İsaqın da verilişinə çəkildim və çox güman edirəm ki, nahaqdan onu da ordan yığışdıracaqlar! Axı vallah başa düşə bilmirəm, prezidentimiz çıxıb deyir, rüşvət yığışdırılsın, hamı əlbir olub kömək olsun, haqlar tapdanmasın. Burdan biz də bu kursu dəstəkləmək istəyirik, adımızı müxalifətçi çıxarırlar. Kimdir bizlərə axı qadağa qoyan? Biz, azərbaycanlıyıq və həmişə fəxr etmişik ki, biz azərbaycanlıyıq!” – deyə Anar Nağılbaz özünə qoyulan yasağa etirazını ifadə edib. 

Qeyd edək ki, bir müddət əvvəl Anar Nağılbaz Tofiq Yaqublu və İlqar Məmmədovla görüşmək üçün Şəkidə keçirilən məhkəməyə qatılmışdı. Bunun ardından isə mətbuata demokratiya və dostlarla bağlı açıqlamalar verməyə başladı. A. Nağılbazın “Real” Hərəkatına qoşulması haqda xəbərlər yayılmışdı.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU