Modern.az

30 yaşlı kişi "niastol"dan zəhərlənərək öldü

30 yaşlı kişi "niastol"dan zəhərlənərək öldü

12 İyun 2025, 09:12

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Modern.az-ın məlumatına görə hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.

Belə ki, azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!