Modern.az

Mərhum şahmatçının 40 mərasimi “Təzəpir”də keçiriləcək

Mərhum şahmatçının 40 mərasimi “Təzəpir”də keçiriləcək

18 Fevral 2014, 11:14

Fevral ayının 22-də saat 14:00-da tanınmış şahmatçı Vüqar Həşimovun 40 mərasimi keçiriləcək. Şahmat Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mərasimin “Təzəpir” məscidində keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, son 10 ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının daimi üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran və nəhayət, Azərbaycanı həlledici qələbəsi ilə Avropa çempionu edən Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də, müalicə aldığı Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.

 


Gülşən Raufqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU