Modern.az

Qara Dəniz Universitetinin Baş katibi Bakı Ali Neft Məktəbində olub

Qara Dəniz Universitetinin Baş katibi Bakı Ali Neft Məktəbində olub

Təhsil

18 Fevral 2014, 11:51


Qara Dəniz Universitetləri şəbəkəsinin Baş katibi professor EdenMamut

Bakı Ali Neft Məktəbində olub. Bu haqda Modern.az-a Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin professor müəllim heyəti ilə görüşdə rektor  Elmar Qasımov qonağa təhsil müəssisəsinin yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurları, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları və müasir texnologiyalar əsasında həyata keçirildiyi haqqında məlumat vermiş və məzunlara hər iki ali təhsil müəssisəsinin diplomlarının veriləcəyini qeyd edib.

Rektor təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirmiş, bu istiqamətdə görülmüş işlər, Avropa ölkələrinin bir sıra aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri  haqqında qonağı məlumatlandırmış,Qara Dəniz Universitetləri şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasınınBakı Ali Neft MəktəbininQara Dəniz hövzəsi ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacağını qeyd etmiş, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün təkliflər irəli sürmüş və şəbəkənin rəhbərliyinə kollektivin minnətdarlıq hisslərini çatdırıb.

Qara Dəniz Universitetləri şəbəkəsinin Baş Katibi professor Eden Mamut Azərbaycanın gənc və müasir tipli texniki ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini bildirmiş, rəhbərlik etdiyi təşkilatın Qara Dəniz hövzəsiölkələrinin ali təhsil müəssisələri arasında mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri, informasiya, təcrübə mübadiləsi kimi istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etdiyini vurğulamış, bu işlərin həyata keçirilməsi üçün təşkiledilən konsorsiumlar və mərkəzlərin yaradılması, biliklərin yayılmasının proseslərinə universal yanaşmalar haqqında məlumat vermiş və  Bakı Ali Neft Məktəbinin bu təşkilata  üzv qəbul edildiyini bildirib.

Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri Assosiasiyasına üzv olan universitetlər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilmişdir. Daha sonra professor EdenMamutBakı Ali Neft MəktəbininQara Dəniz Universitetləri şəbəkəsinə üzv qəbul edildiyini təsdiqləyən sertifikatı təhsil ocağının rektoru Elmar Qasımova təqdim edib.

Görüşün sonunda Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri şəbəkəsi arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə professor EdenMamuta “Fəxri qonaq” diplomu təqdim edilib.

 

 

Modern.az


   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU