Modern.az

Azərbaycanda əsgər əsgəri güllələyib

Azərbaycanda əsgər əsgəri güllələyib

Təhsil

18 Fevral 2014, 11:50

Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Modern.az
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU