Modern.az

İngilis deputatlardan Azərbaycana qarşı hörmətsizlik

İngilis deputatlardan Azərbaycana qarşı hörmətsizlik

18 Fevral 2014, 12:31

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan separatçı rejimə xarici ölkə nümayəndələrinin səfəri davam edir. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlament sədri” A.Qulyan Xankəndidə Britaniya parlamentinin deputatlarını qəbul edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsindən söz açılıb və A. Qulyan Azərbaycan tərəfini ittiham edib. O, ingilis deputatlara təlqin etməyə çalışıb ki,  Qarabağ probleminin həllinin uzanmasında Azərbaycan tərəfi günahkardır. A. Qulyan onu da əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarında “DQR”-in tərəf kimi iştirakı zəruridir.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı bölgələrinə səfər edən britaniyalı deputatlar Ermənistan-Britaniya dostluq qrupunun üzvləridir.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU