Modern.az

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI

Parlament

12 İyun 2025, 23:19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.

Qərara əsasən, iyun ayının 13-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?