Modern.az

İsrail İrana hücum etdi - Baş qərargah rəisi ÖLDÜ

İsrail İrana hücum etdi - Baş qərargah rəisi ÖLDÜ

Dünya

13 İyun 2025, 07:37

İsrail ordusu İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başlayıb.

Modern.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya, o cümlədən Parçindəki obyektə hücum edib.

Hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.

İran hərbi komandanlığı üçün yüksək mühafizə olunan iki kompleksdə yaşayış binalarına da zərbələr endirilib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin öldüyü bildirilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami da ölüb.

Bundan başqa İran Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

Eyni zamanda hava zərbələri nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir