Modern.az

Neftin qiyməti kəskin artdı

Neftin qiyməti kəskin artdı

İqtisadiyyat

13 İyun 2025, 08:23

İsrail İrana hücuma başladıqdan sonra neft qiymətləri kəskin artıb.

Modern.az bu barədə "Investing.com"a istinadən xəbər verir.

Bildirilib ki, "Brent" markalı neft 6%-dən çox bahalaşaraq barreli 73,56 dollar olub. "West Texas Intermediate" (WTI) xam neftinin qiymətləri də 6%-dən çox artıb.

Asiya indeksləri kimi Amerika indeksləri də dəyər itirməyə başlayıb. "Təhlükəsiz sığınacaq" hesab edilən İsveçrə frankı və qızılın qiymətləri yüksəlir.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana hava zərbəsi endirib. Tehran mediası şəhərdə partlayışların baş verdiyini yazıb. İsrail ordusu İrandakı hərbi obyektlərə zərbələrin birinci mərhələsinin başa çatdığını elan etdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!