Modern.az

Müşahidə adı ilə təxribat: Avropalıların Zəngilanla sərhəddə nə işi var? - Yeni GÖRÜNTÜLƏR

Müşahidə adı ilə təxribat: Avropalıların Zəngilanla sərhəddə nə işi var? - Yeni GÖRÜNTÜLƏR

Ölkə

13 İyun 2025, 09:14

Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist "sərhəd missiyası"nın bir qrup üzvü yenidən Azərbaycanla sərhədə gəlib.

Modern.az-ın əldə etdiyi məlumata görə, onlar bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb.

Avropalılar binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan tərəfi təxribatçı "müşahidə missiyası"nın fəaliyyətini diqqətlə izləyir.

Xatırladaq ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında Azərbaycanla razılaşdırılmadan yenidən uzadılıb.

Rəsmi Bakı Avropa İttifaqının müşahidəçiləri ilə bağlı dəfələrlə narazılığını bildirib, qrupun şərti sərhəddə Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Xüsusilə, missiyanın fəaliyyətində şəffaflığın olmaması, Ermənistan tərəfi ilə koordinasiyalı şəkildə hərəkət etməsi və Azərbaycan ərazilərinə dair məlumatların toplanması ciddi narahatlığa səbəb olur. Aİ müşahidəçilərinin fəaliyyəti bölgədə sülh prosesinə töhfə vermək əvəzinə birtərəfli yanaşmaları ilə vəziyyəti gərginləşdirə bilər.

Azərbaycan bu tip fəaliyyətləri potensial təxribat kimi görür və belə yanaşmaların bölgədə dayanıqlı sülhün qurulmasına xidmət etmədiyini düşünür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU