Kiyevdə bu gün etiraz edənlərlə güc strukturları arasında baş verən toqquşmalardan sonra müxalifət ciddi tələblərlə çıxış edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “UDAR” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçə yubanmadan növbədənkənar parlament və prezident seçkiləri elan etməsi üçün müraciət edib. Onun fikrincə, bu addım cəmiyyətdəki hərarəti aşağı sala bilər. Bundan əlavə, Kliçko Ali Radadakı keçirdiyi brifinqdə Yanukoviçdən təcili olaraq güc strukturlarını paytaxtın mərkəzindən yığışdırmasını da tələb edib.
“UDAR”ın liderinin fikrincə, parlament yeni hökuməti formalaşdırmalıdır. Müxalifət isə hökumətin formalaşdırılması ilə bağlı məsuliyyəti üzərinə götürməyə hazırdır.
Hazırda Kiyevin mərkəzində bir neçə yerdə etirazçılarla güc strukturları arasında ciddi qarşıdurma davam edir. Hətta ölənlərin olduğu da bildirilir.