Baş Prokurorluq “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova haqqında cinayət işinin açıldığını təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a bildirib ki, Xədicə İsmayılovanın öz Facebook səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar cinayət işi açılıb. Cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi üzrə başlanıb.
Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.
Gültəkin Ələsgər