Modern.az

Deputatları döydülər

Deputatları döydülər

Təhsil

18 Fevral 2014, 15:49


Ukrayna Ali Radasında müxalifət tərəfdarları ilə Kommunist Partiyasından olan deputatlar arasında qarşıdurma qeydə alınıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, hadisə zamanı Kommunist Partiyasının üzvü olan bir neçə deputat döyülüb. Məlumatda qeyd edilir ki, qarşıdurma baş verən kimi hakim Regionlar Partiyasından olan deputatlar zaldan çıxmağa cəhd etsələr də, müxalifətçi deputatlar buna imkan verməyiblər. “Azadlıq” Partiyasından deputat olan İrina Sex hakim partiyadan olan həmkarlarının qarşısını kəsməyə cəhd edəndə yerə yıxılıblar. Onun həmkarı İrina Farion isə qışqırıb: “Buraxmayın!”

Deputat İrina Boqoslovskayanın bildirdiyinə görə hadisə zamanı Ali Radanın spikeri Vladimir Rıbak hipertoniya böhranı keçirib, dərhal təcili yardım çağırılıb.

Modern.az    
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU