Modern.az

“Qabağımdan qara pişik keçdi...” - Batil inanclar

“Qabağımdan qara pişik keçdi...” - Batil inanclar

18 Fevral 2014, 16:04

“Qara pişik qabağından keçdi, ehtiyatlı ol”, “filankəsin ayağı bizə düşmədi”, “gecələr dırnağını tutma”, “güzgü sındı, pis əlamətdir” və s. Gündəlik həyatda bu kimi batil inanclara çox rast gəlinir. Hətta bunlara əməl etməyəndə, “sən elədin” ittihamı ilə qarşılaşanlar da az deyil.

Modern.az-a bu kimi inancları şərh edən “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirdi ki, bu sayaq əqidələr xurafatdır.

“Ümumiyyətlə, İslamda bu tip inanclar batil hesab olunur. Pisə yozulan hər bir şeyi dinimiz inkar edir. Məsələn, qara pişiyin keçməsi və s. Hətta psixoloqlar da deyir ki, insan bir məsələni, bir əlaməti xeyrə yozduğu zaman onun başına gələcək hadisələrə təsiri olur. Yəni istənilən bir əlaməti insan xeyir əlaməti kimi qəbul edərsə, bu onun həm əhval ruhiyyəsinə müsbət təsir göstərir, həm də hətta başına gələcək hadisələrin hansı istiqamətdə cərəyan etməsinə də təsiri olur. Belə şeylərə inanmaq lazım deyil”.  


Misranə Həsənzadə  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU