Modern.az

Füzuli qəzəlləri Azərbaycan musiqisində

Füzuli qəzəlləri Azərbaycan musiqisində

13 İyun 2025, 12:24

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımovanın müəllifi olduğu "Füzuli qəzəlləri Azərbaycan musiqisində" adlı kitabı çapdan çıxıb.

Kitab Memarlıq və İncəsənət İnstitutunun Elmi şura iclasının qərarı ilə nəşr olunub. Monoqrafiyada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri araşdırılır, muğamlarımıza, musiqimizə təsiri tədqiq edilir.

Kitabın elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri isə akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB