Modern.az

ADP “125-lər”ə qoşula bilər

ADP “125-lər”ə qoşula bilər

Təhsil

18 Fevral 2014, 16:06

“Bizə klubun yaradılması barədə məlumat verilməyib. Görünən odur ki, bu, müstəqil adamların yaratdığı təşkilatdır. Təşkilatla bağlı bundan artıq məlumatımız yoxdur”.

Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yeni yaradılan “125-lər” siyasi klubundan danışarkən deyib.

Qeyd edək ki, fevralın 17-də “125-lər” siyasi klubu təsis edilib. Klubun təşəbbüskarlarının əksəriyyətinin iştirakı ilə keçirilən təsis toplantısında yeni yaranan qurumun əsasnaməsi təsdiq edilib, bəyannaməsi imzalanıb. Əsasnaməyə uyğun olaraq, gizli səsvermə yolu ilə sədr və müavinlər seçilib. Klubun sədri tanınmış jurnalist İlhamiyyə Rza, müavinlər isə ictimai və peşə fəaliyyətləri ilə tanınan Anar Qasımlı, Günel Səfərova, Xalisə Şahverdi və Üzeyir Cəfərov seçiliblər.

Klubun təsisçiləri sırasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin adı hallanır.

İ.Ağazadə Modern.az-a açıqlamasında klubu Ümid Partiyasının yaratmadığını deyib: “Bunu hansısa partiya yaratmayıb. Klubun üzvləri ayrı-ayrı fərdlərdən ibarətdir”.

Partiya sədri qeyd edib ki, ADP-dən də həmin təşkilata üzv olmaq istəyənlər olarsa, müraciət edərlər, Məclis həmin müraciətə baxa bilər: “125-lər” klubu siyasi partiyalardan deyil, fərdlərdən təşkil olunub. Amma həmin təşkilata hansısa partiyanın üzvləri də qoşula bilər. Burada təəccüblü bir şey yoxdur. Biz proseslərdə “Qarabağ” Bloku ilə birgə iştirak edirik. Seçkilər yaxınlaşdıqca, bu məsələni blokda müzakirə edəcəyik”.

Xatırladaq ki, “125-lər” siyasi klubunun üzvləri 2015-ci il parlament seçkilərində  iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU