Modern.az

“Sovetski” sakinləri ilə rəsmilərin görüşündə GƏRGİNLİK+YENİLƏNİB

“Sovetski” sakinləri ilə rəsmilərin görüşündə GƏRGİNLİK+YENİLƏNİB

Təhsil

18 Fevral 2014, 16:31

Bu saatlarda Bakının Yasamal rayonundakı “Sovetski” məhəlləsinin sakinlərilə hakimiyyət nümayəndələri arasında görüş keçirilir. Modern.az saytının məlumatına görə, görüşə Baş nazirin müavini Abid Şərifov rəhbərlik edir. Sakinlərlə söhbətə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Yasamal rayonundan seçilmiş millət vəkili Ülvi Quliyev və digər rəsmi şəxslər qatılıb.

Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilən görüşdə Baş nazirin müavini Abid Şərifovun təklifi ilə jurnalistləri zaldan çıxaramq istəyiblər. Bu zaman sakinlərlə rəsmi şəxslər arasında gərginlik yaşanıb. “Sovetski” sakinləri jurnalistlərin zalda qalmısan təkid ediblər. Məlumatı tədbirdə iştirak edən fotoreportyor Mehman Hüseynov verib.

Hazırda görüş davam edir...

Qeyd edək ki, Sovetski” sakinləri evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ediblər. Onlar hər kvadratmetr üçün 1500 manat kompensasiyanın az olduğunu əsas gətirib, məbləğin qaldırılmasını tələb ediblər.

***

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə baxılacaq və bir həftə ərazində onlara məlumat veriləcək. APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov “Sovetski” sakinləri ilə Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: “Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək”.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də bildirib ki, “Sovetski”nin köçürülməsi məsələsi həmişə gündəmdə olub: “Bu, həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək. Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə o evindən məcbur çıxarılmayacaq”.

İcra başçısı qeyd edib ki, sakinlərin tələbləri əks olunan müraciətə də baxılacaq və bir həftə ərzində cavab veriləcək.







Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU