"Sevimli dad" brendinin fəaliyyətini dayandırdığına dair yayılan məlumatlara aydınlıq gətirilib.
Modern.az-ın məlumatına görə, Azera Holdinq şirkətlər qrupuna daxil olan "Azemal" şirkətinin nümayəndəsi Elnur Kələntərov sosial şəbəkədə bildirib ki, "MilkPro" MMC ləğv edilsə də, bu, brendlərin fəaliyyətinə təsir etməyib:
"MilkPro" MMC ləğv edilib. Amma, "Sevimli dad" və "MilkPro" brendləri altında süd məhsulları "Azera Holding" şirkətlər qrupuna daxil olan "Azemal" şirkəti tərəfindən bu ilin əvvəlindən istehsal olunur.”
***
10:57
Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan "Milk Pro” MMC ləğv olunur.
Modern.az xəbər verir ki, MMC kreditorlara müraciət edib.
Vergilər qəzetində dərc olunan müraciətdə qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Milk Pro” 1991-ci ildə təsis edilib.
Şirkət "Sevimli Dad” markası ilə tanınıb.