Modern.az

Azərbaycanda saxta sənəd əsasında sosial müavinət alınmasına görə cinayət işi başlanıb

Azərbaycanda saxta sənəd əsasında sosial müavinət alınmasına görə cinayət işi başlanıb

18 Fevral 2014, 17:08

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə "Şəhid ailəsi" statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?