Modern.az

Mirzoyan iranlı həmkarı ilə danışdı

Mirzoyan iranlı həmkarı ilə danışdı

Dünya

14 İyun 2025, 14:29

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə erməni nazir "X" sosial şəbəkəsində bildirib.

"Biz son hadisələri müzakirə etdik və cari vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Ermənistanın ifadə etdiyi mövqeyə uyğun olaraq, mən regionda risklərin idarə olunmasının və eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğuladım", - deyə A.Mirzoyan qeyd edib.

O, həmçinin MAQATE ilə bağlı məsələlər də daxil olmaqla, İran rəsmiləri ilə sıx təmasda olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu