Modern.az

5 ayda pensiya üçün 3 milyard MANAT

5 ayda pensiya üçün 3 milyard MANAT

14 İyun 2025, 14:56

Bu ilin beş ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (261 milyon manat) çox olmaqla 2 milyard 954 milyon manat vəsait yönəldilib.

Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Yanvar-may aylarında 21 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 159 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB