Modern.az

Deputat “Sovetski” sakinlərini müdafiə etdi: “Heç kim onları məcburi köçürə bilməz”

Deputat “Sovetski” sakinlərini müdafiə etdi: “Heç kim onları məcburi köçürə bilməz”

Təhsil

18 Fevral 2014, 18:16

Bakının “Sovetski” adlanan ərazisində yaşayan sakinlərlə baş nazirin müavini Abid Şərifov olmaqla hökumət nümayəndələrinin görüşü başa çatıb. Bu barədə Modern.az-a görüşdə iştirak etmiş millət vəkili Ülvi Quliyev məlumat verib. O bildirib ki, sakinlərin hamısı öz fikirlərini səsləndirdilər, onları narahat edən məsələləri rəsmi şəxslərə çatdırıblar.

“Görüşdə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov, baş nazirin müavini Abid Şərifovun iştirak edirdilər. “Sovetski” sakinlərinin tələbləri baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətə təqdim olunub. Hesab edirəm ki, razılıq əldə olunacaq. Yəni heç kim narazı qalmayacaq. Amma bu məsələ barədə kimsə nə isə desə, yalançı olar. Hazırda təkliflər sistemləşdirilir, hazırlanır, yəqin ki, sonra müzakirə olunacaq. Əgər əhali məsələni qəbul edəcəksə köçürüləcək, etməyəcəksə heç kim onları məcburi köçürməyə məruz qoya bilməz”.

Görüş zamanı insidentin yaşanmasına da aydınlıq gətirən Ü.Quliyev onu da bildirib ki, sakinlər Müdafiə Komitəsi yaradıblarsa, həmin komitənin üzvləri bütün sakinlərin fikirlərini çatdırmalıdır.

“Hətta görüş zamanı bildirildi ki, kimsə fikrini bildirə bilməyiblərsə, sabaha kimi onları narahat edən məsələlər və deyə bilmədiyi fikirlər varsa, onu da Yasamal rayonu İcra Hakimiyyətinə çatdıra bilər”.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq edib.

Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib. Onlarsa hər kvadrat metr üçün 3 min manat tələb edir. 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU