Modern.az

Üç ölkənin xarici işlər naziri sabah Gəncədə görüşəcək

Üç ölkənin xarici işlər naziri sabah Gəncədə görüşəcək

Təhsil

18 Fevral 2014, 18:37

Sabah Gəncədə Gürcüstan və Türkiyə xarici işlər nazirləri azərbaycanlı həmkarları ilə görüşəcəklər. Bu haqda Gəncə şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov Modern.az-a məlumat verib.
Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər.
Bununla yanaşı, Ə. Davudoğlunun azərbaycanlı və gürcü həmkarı ilə ayrı-ayrılıqda görüşləri də gözlənilir. Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə ikitərəfli formatda keçirəcəyi görüşdə regionadkı vəziyyəti dəyərləndiməklə yanaşı,  eyni zamanda, digər məslələr ətrafında və ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi yollarına bir daha nəzər salacaqlar.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU