Fevralın 18-də Ukrayna paytaxtı Kiyevdə etirazçılarla güc strukturları arasında qarşıdurma daha gərgin xarakter alıb. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, polis güc strukturlarının əməkdaşlarına daş atan vətəndaşlara qarşı rezin güllələr, gözyaşardıcı qaz və səs bombasından istifadə edib.
Minlərlə etirazçı hakim Regionlar Partiyasının qərargahına, parlament binasına yürüş edib. Elə ciddi qarşıdurmalar da bu hücumlar zamanı yaşanıb. Polis aksiyaçılara qarşı güc tətbiq edib. Etirazçılar polisə daş və “Molotov kokteyli” ilə cavab veriblər.
Ən son məlumatlara görə, toqquşmalarda ölənlərin sayı 9-a çatıb. Onlardan 7 nəfərin mülki şəxs, 2-sinin isə milis işçisi olduğu bildirilir. Eyni zamanda 100-dən çox adamın yaralandığı barədə məlumatlar var.
Kiyevdə gərginlik davam edir…
Modern.az