Modern.az

İtaliya millisinə yeni baş məşqçi təyin edildi 

İtaliya millisinə yeni baş məşqçi təyin edildi 

15 İyun 2025, 20:24

Cennaro Qattuzo futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, 47 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya ilə matçda yığmanın baş məşqçisi kimi debüt edəcək.

 

Xatırladaq ki, 2023-cü ilin sentyabrından indiyədək bu postu 66 yaşlı mütəxəssis Luçano Spalletti tuturdu. O, bir neçə gün öncə vəzifəsindən ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər