Modern.az

Bu kəndlərin qazı kəsiləcək

Bu kəndlərin qazı kəsiləcək

Aktual

16 İyun 2025, 14:28

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 200 mm olan “Dədə Qorqud kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən sınaq işlərinə başlanılacaq.

Sınaq işləri başa çatanadək adıçəkilən kəndlərdə ümumilikdə 948 abonentin qaz təchizatı dayandırılacaq. Qaz verilişi işlərin gedişindən asılı olaraq bərpa olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər