Modern.az

Ceyhun Bayramov özbək həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi

Ceyhun Bayramov özbək həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi

Ölkə

16 İyun 2025, 14:40

16 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu